Yeni rəhbərlik illərini bölgə klubuna həsr edən şəxslərə qapını göstərdi

16 İyul 2022 23:00 Azarkeş 1 437
Yeni rəhbərlik illərini bölgə klubuna həsr edən şəxslərə qapını göstərdi

"Şamaxı" yeni dönəmə qədəm qoyub. Artıq komandanın yeni rəhbərinin Elçin Usub olacağı təxminən 1 həftə əvvəl ictimaiyyətə açıqlandı.

Ardınca baş məşqçinin Vüqar Əsgərli, köməkçilərinin isə Cavid Hüseynov, Elhad Nəziri və Rüstəm Əliyev olacağı elan olundu.

Yalnız sonuncu klub üçün yad sima deyil. Ki, onun da hansı məqsədlə klubda saxlanıldığı hər kəsə məlumdur.

Görünür, yeni rəhbərlik köhnə heyəti bütünlüklə yeniləməkdə qərarlıdır. Hətta bu, komandanın azarkeşlərinə də aiddir.

Belə ki, 15 ilə yaxındır komandanın fanklubunda rəhbərlik edən və klubun əməkdaşı hesab olunan şəxslərlə bu günə qədər heç kim əlaqə saxlamayıb.

Hətta müəyyən şəxslərlə söz göndərilib ki, fankubun formalaşması, rəhbərliyi Şamaxıdan seçiləcək şəxslərə həvalə ediləcək. Bu da yeni rəhbərliyin öz istəyidir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti