Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.
Sportinfo.az xəbər verir ki, 15 matçda ümumilikdə 95 mindən çox tamaşaçı iştirak edib.
Ən çox fanat Bakıda "Qarabağ" və "Lex" arasında keçirilmiş qarşılaşmada olub. Görüşü 27 652 tərəfdar izləyib.
İkinci pillədə 20 022 tamaşaçı ilə "Dinamo" (Batumi, Gürcüstan) - "Slovan" (Bratislava, Slovakiya) matçı yer alıb. İlk "üçlüy"ü "Ferentsvaroş" (Macarıstan) - "Tobol" (Qazaxıstan) görüşü tamamlayıb - 17 347.
"Qarabağ" rəqibini 5:1 hesabı ilə məğlub edib. "Köhlən atlar" Poznandakı ilk oyunda minimal hesabla uduzub - 0:1.

