“Qarabağ” “Lex”i darmadağın etməklə (5:1) növbəti dəfə Avropaya səs saldı.
Poznanda 1:0 hesablı qələbədən sonra polşalı azarkeşlərin növbəti mərhələ haqda düşünməsi hardasa anlaşılan idi.
Lakin Azərbaycan çempionu Bakıdakı cavab görüşündə rəqibin daşını daş üstə qoymadan “Lex”ə layiqli yerini göstərdi.
İndi Poznanda sözün əsl mənasında matəmdir. Sonuncu dəfə 1993-cü ildə qapısından 5 top buraxan komandanın azarkeşləri ağır yenilgini qəbul edə bilməsələr də, sosial şəbəkələrdə ağıllarına gələni yazmaqla bu yolla özlərinə təsəlli verirlər.
“Lex”in “instagram” hesabındakı “Qarabağ” – “Lex” – 5:1” paylaşımına əsasən azərbaycanlı futbolsevərlər münasibət bildirib. Amma aralarında polşalıları da görmək mümkündür. Onlar böyük hesablı yenilgidə günahkar oyunun baş hakimini görür.
Oxuyaq:
prywatny_ochroniarz _zosi: “Hakim və “Qarabağ” – böyük bir ailə”.
mario2115.2137: “Qrup mərhələsində oynamaq istəyən komanda təsnifat mərhələsində bu cür məğlub olmamalıdır”.
bulacov_: “Oyunun qısa icmalına “pornhub” saytında baxmaq olar”.
sh4yerq: “İlk 25 saniyə maraqlı idi”.
nimbkczmrk: “1 ildən sonra qayıdacağıq”.
maciej_stachowiak07: “Hakim yanlış qərarları ilə “Lex”i “sındırdı”.
HƏBİB / SPORTİNFO.AZ

