"Qarabağ"ın qiymətləri - 5, 10, 20 və 50 manat

9 İyul 2022 02:10 Azarkeş 1 066
"Qarabağ"ın qiymətləri - 5, 10, 20 və 50 manat

Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Lex” oyununa bilet satışı davam edir.

Sportinfo.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20 və 50 manat təşkil edir.

Qarşılaşma iyulun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək);

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (10:00-dan 20:00-dək).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti