Çempionlar Liqasında ən çox tamaşaçı toplayan - "Qarabağ"

7 İyul 2022 20:20 Azarkeş 1 209
Çempionlar Liqasında ən çox tamaşaçı toplayan - "Qarabağ"

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 15 oyunda ümumilikdə 104 000-ə yaxın tamaşaçı iştirak edib.

Ən çox fanat Polşada "Lex" və "Qarabağ" arasında keçirilmiş qarşılaşmada olub. Görüşü 25 118 azarkeş izləyib.

Paytaxt təmsilçisi 52 milyon avro təklif etmək istəyir

İkinci pillədə 11 830 tamaşaçı ilə "Malmö” (İsveç) - "Vikinqur" (İslandiya) matçı yer alıb. İlk "üçlüy"ü "Slovan" (Bratislava, Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan) görüşü tamamlayıb - 10 589.

"Qarabağ" ilk matçda "Lex"ə 0:1 hesabı ilə uduzub. Cavab oyunu iyulun 12-də Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM