"Elxan Məmmədovla görüşümüzün heç bir xeyri olmadı, düşündük ki..."

2 İyul 2022 22:20 Azarkeş 781
"Elxan Məmmədovla görüşümüzün heç bir xeyri olmadı, düşündük ki..."

"İdman Könüllüləri və Azarkeşləri İctimai Birliyi adından görüş üçün müraciət ünvanlamışdıq.

Sag olsunlar, dərhal qəbul elədilər, gedib görüşdük. Azarkeşlərin təklif və şikayətlərin çatdırdıq".

Bunu Sportinfo.az-a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyevlə baş tutan görüşdən danışan birliyin aktiv üzvü Atanur Cəfərli deyib.

Atanur bəyin sabiq baş katib Elxan Məmmədovla da eyni səpkidə görüşləri olduğunu və nəticəsiz qaldığını bildiriək.

Görəsən, bəs yeni katiblə görüş necə, gələcəyə fərqli nəsə vəd edirmi? Atanur bəyi dinləyək:

"Bəli, Elxan Məmmədov baş katib olanda da görüşümüz olmuşdu. Amma o vaxt bunun heç bir xeyri olmadı.

Düşündük ki, yeni baş katib Sərxan Hacıyevlə də görüşək. Məncə, faydalı bir görüş keçdi. İnanmaq istəyirəm ki, görüşün xoş nəticələrini biz görəcəyik.

İndidən nəticə barədə danışmaq düzgün olmazdı. Amma ümumilikdə görüşdən xoş təəssuratlarla ayrıldım".

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu