Azarkeşlərin stadiona buraxılmasına icazə verildi - İranda

17 Yanvar 2022 00:10 Azarkeş 389
Azarkeşlərin stadiona buraxılmasına icazə verildi - İranda

İranın Koronavirusa qarşı milli mübarizə qərargahı stadionların açılmasına və futbol azarkeşlərinin oyunları seyr etməsinə icazə verib.

Sportinfo.az xəbər verir ki, bu barədə hökumət nümayəndəsi Əli Bəhram Çöhrami məlumat verib.

O bildirib ki, Prezident İbrahim Rəisinin sədrlik etdiyi Koronavirusa qarşı milli mübarizə qərargahı Gənclər və İdman Nazirliyinin təklifini müzakirə edib və cari ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə oyunlarına azarkeşlərin buraxılmasına icazə verib.

Koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildən İranda stadionlar bağlanıb. İstər ölkə çempionatı, istərsə də beynəlxalq görüşlər bir müddət, ümumiyyətlə, dayandırıldı. Ötən il isə milli komandaların oyunları azarkeşlər olmadan keçirilib.

Cari ildə dünya çempionatının seçmə oyunlarında İran Suriyanı 3:0 hesabı ilə məğlub edib. Yanvarın 27-də isə İran növbəti oyununu İraq millisi ilə Tehranda keçirəcək. Futbol azarkeşləri 2 ildən sonra milli komandanın oyununu stadiondan seyr edə biləcəklər.

Digər Xəbərlər
Xəbər Lenti