Ronaldonu tənqid etdilər: "Onu ehtiyat oyunçular skamyasına qoyun"

26 Aprel 2021 12:00 Azarkeş 1 110
Ronaldonu tənqid etdilər: "Onu ehtiyat oyunçular skamyasına qoyun"

"Yuventus"un azarkeşləri ulduz futbolçu Kriştianu Ronaldonun oyununu tənqid ediblər.

Sportinfo.az xəbər verir ki, bir qrup fanat 36 yaşlı forvardın "Fiorentina" ilə 1:1 hesablı heç-heçə etdikləri A Seriyasının XXIII tur matçındakı çıxışından narazı qalıb.

Onlar sosial şəbəkələrdə öz etirazlarını bildirərək, Ronaldonun ehtiyat oyunçular skamyasında olmasını istəyiblər.

Ronaldo A Seriyasındakı son 3 görüşdə qol vurmayıb. Portuqaliyalı oyunçu "Fiorentina" ilə qarşılaşmada 100 faizlik qol epizodunu boşa verib. Bu isə azarkeşlərin qəzəbinə səbəb olub. Hücumçu İtaliya çempionatındakı son qolunu aprelin 7-də vurub.

"Yuventus"un baş məşqçisi Andrea Pirlo mətbuat konfransında Ronaldunun pis oynamadığını söyləyib.

Ronaldonun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Forvard Turin klubuna 2018-ci ilin iyulunda İspaniyanın "Real Madrid" klubundan 117 milyon avroya keçib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu