UEFA AVRO-2020-ni yenidən Bakı ilə müzakirə edəcək

9 Aprel 13:54 AÇ-2020 185
UEFA AVRO-2020-ni yenidən Bakı ilə müzakirə edəcək

UEFA AVRO-2020-nin oyunlarının yeni təqvimini turnirə ev sahibliyi edəcək 12 şəhərlə müzakirə edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə TASS-a qitə futbol qurumundan açıqlama verilib.

Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar bu ilin yayından 2021-ci il 11 iyun - 11 iyula keçirilib.

UEFA-nın açıqlamasında matçların yeni tarixləri barədə əlavə məlumat veriləcəyi bəyan olunub: "Çempionat oyunlarının eyni qrafik və eyni təşkilatçı şəhərlərlə təşkili nəzərdə tutulub.

Lakin hazırkı mərhələdə matçların təqvimi rəsmən təsdiqlənməyib. Bu məsələ ilə əlaqədar UEFA bütün 12 təşkilatçı şəhərlə əlaqə saxlayacaq. Əlavə açıqlamalar yaxın vaxtlarda veriləcək".

Avropa çempionatında A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir.

Digər qarşılaşmalar Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya, Budapeşt (Macarıstan) və Amsterdam (Hollandiya) şəhərlərində olmalıdır.

Xəbər Lenti