Nazir Azərbaycandakı FUTBOL HADİSƏSİndən nə danışdı?

16 Fevral 2020 12:40 AÇ-2020 1 250
Nazir Azərbaycandakı FUTBOL HADİSƏSİndən nə danışdı?

“Böyük miqyaslı idman yarışları ölkəyə 3 istiqamətdə xeyir verə bilər: kadr potensialı, infrastruktur və turizm”.

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, son illər ölkəmizdə təşkil edilən beynəlxalq idman yarışları turist axınına səbəb olub: “Azərbaycana gələn turistlərin sayı 3 milyondan artıqdır.

Sözsüz deyə bilərik ki, bunda “Formula-1”in böyük payı var. 2015-ci ildə I Avropa Oyunları, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2019-cu ildə Avropa Liqasının final oyunu, Avropa Olimpiya Gənclər Festivalı və "Formula-1" üzrə Azərbaycan Qran-prisi Bakıya, ölkəmizə böyük şərəf gətiriblər. Paytaxtımız və Azərbaycan bu gün dünyada tanınır. Düşünürəm ki, idman tədbirlərinin də bunda böyük rolu var”.

Son 10 ildə Azərbaycanın dünya səviyyəli yarışlar keçirdiyini xatırladan nazir futbol üzrə Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsini böyük sınaq adlandırıb:

“Azərbaycana böyük turist kütləsinin gəlməsi gözlənilir. Böyük infrastruktur, nəqliyyat, təhlükəsizlik məsələləri də ön planladır. Həm AFFA, həm Təşkilat Komitəsi, həm də Gənclər və İdman Nazirliyi birgə çalışır. İnanırıq ki, oyunları çox böyük nailiyyətlə keçirəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!