"Romadan Bakıya səfər ekstrim olacaq" - UEFA prezidenti

5 Yanvar 2020 12:52 AÇ-2020 1 333
"Romadan Bakıya səfər ekstrim olacaq" - UEFA prezidenti

UEFA prezidenti Aleksandr Çeferin Polşanın "Sport" nəşrinə geniş müsahibə verib. Sportinfo.az xəbər verir ki, qurumun rəhbəri bu yay UEFA-nın 60 illiyi ilə əlaqədar Avropa çempionatının tarixdə ilk dəfə qitəninin 12 şəhərində keçirilməsi ideyası haqda fikirlərini bildirib.

- AÇ-2020-nin stratına yarım il qalıb. Turnir 12 şəhərdə keçiriləcək. Həmin vaxt UEFA prezidenti olsaydız, bu ideyanı dəstəkləyərdiz?

- Nəsə demək çətindir. Bu, UEFA-nın 60 illiyi ilə bağlı istisna haldır. Əminəm ki, bu ideya yaxın vaxtlarda təkrarlanmayacaq. Bəlkə də heç vaxt. Əlbəttə, nə qədər ki mən Avropa futbolunun başındayam.

- Yəni, bu formatın tərəfdarı deyilsiz?

- Açığı, yox. Bu, loqistik baxımdan bizim üçün böyük çağırışdır. Hələ milli komandalarını izləmək üçün onların arxasınca getmək istəyən azarkeşləri demirəm. Fərqli valyutalar, bahalı aviabiletlər, otellər, vizalarla bağlı mürəkkəb qanunlar. Bəzi ölkələr Avropa Birliyinə daxil deyil. Bütün bunlar xeyli problem yaradacaq. Turnir ərzində Nyon bizim operativ mərkəzimiz olacaq. Amma prinsipcə hər şəhərə həmişəkindən daha çox insan yerləşdirməliyik.

Bütün qitə boyu səyahət zamanı bizi Bakıdan Dublinə, Sankt-Peterburqdan Bilbaoya günaşırı uzun yol gözləyir. Asan olmayacaq, amma əminəm ki, bizdə hər şey alınacaq. Sonra yenidən əvvəlki formata qayıdacağıq. Avropa çempionatını, avrokubok finallarını daha əlçatan yerlərdə keçirəcəyik. AÇ-nin iki ölkədə keçirilməsi tam mümkündür. Məsələn, 2012-ci ildə Ukrayna və Polşada olduğu kimi.

- Bu, Avropanın birlik və bərabərlik turniri olmalıdır. Bəzi ev sahibləri qrupdakı bütün oyunlarını doğma meydanda keçirəcək, bəziləri isə yox. Digər tərəfdən, A qrupunda Bakı və Romada oynayan komandalar, məsələn, Münhen və Budapeştdə oynayan komandalardan daha çətin şərtlərlə üz-üzə qalacaqlar. Bura iqlim, uzaq yol və s. daxildir...

- Əlbəttə, formatın bir çox mənfi cəhətləri də var. Təminat verirəm ki, bu, yaxın zamanlarda təkrarlanmayacaq. Ancaq bunu mən təklif etməsəm də, hələ baş verməmiş bir hadisənin tənqidini şişirtməzdim. Təəssüf ki, bu gün əvvəlcədən təklif vermək norma hesab olunur. Futbol dəyişir. Bu gün ev sahiblərinin belə böyük üstünlüyü var? Əgər yaxşı komandasızsa, harada oynamağınızdan asılı olmayaraq, qalib gələcəksiz. Təşkilatçı ölkə yığmasının turnirdə mümkün qədər çox qalması mənə xoş gəlir. Belədə ab-hava daha yaxşı olur.

- Bu da başqa bir mənfi cəhətdir...

- Məhz buna görə AÇ-2020 ciddi sınaq olacaq. Romadan Bakıya səfər ekstrim olacaq. Amma geriyə dönüç mümkün olmadığından nikbin olmağa çalışıram. Bizdən asılı olan hər şeyi edəcəyik ki, yarış maraqlı keçsin. Nəticədə bu, tarixi hadisə olacaq. İndiyə qədər belə turnir olmayıb.

Tərcümə etdi: Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"