Pezidentin qəbulunda olan baş məşqçi son vəziyyəti AÇIQLADI

30 Avqust 2023 18:00 Qəbələ 1 723
Pezidentin qəbulunda olan baş məşqçi son vəziyyəti AÇIQLADI

«Rəhbərilklə demək olar hər oyundan sonra görüşüb, fikir mübadiləsi aparırıq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev deyib.

«Qəbələ» yeni mövsümə biabırçı start verib. «Omoniya»ya hər iki oyunda uduzaraq Konfrans Liqası ilə erkən vidalaşan «qırmızı-qaralar» Premyer Liqanın ilk 4 həftəsində də məğlub olub.

«Sabah», «Araz-Naxçıvan», «Sumqayıt» və «Neftçi»yə yenilən ölkə kubokunun son sahibi heç cür «qara zolaq»dan çıxa bilmir.

Baş məşqçi Elmar Baxşıyevin istefaya verməyə hazır olmasını söyləməsi yeni söz-söhbətlərin yaranmasına səbəb olub. Amma müsahibin dediyinə görə, bu məsələ artıq gündəmdən çıxıb:

«Rəhbərlik komandaya inanır. Biz belə periodları əvvəl də yaşamışıq. Səkkiz oyunluq qələbəsizlik seriyamız olub.

Ancaq axırda məqsədimizə çatmışıq. İnşallah, indiki çətinliyi də arxada qoyacağıq.

Buna prezidentimiz də əmindir, mən də. Müzakirələr zamanı mən rəhbərliyimizdə o inamı gördüm.

Fariz Nəcəfov mənə çox dəstəkdir. Əlbəttə, heç bir məşqçi istəməz ki, komandası dalbadal altı məğlubiyyət alsın.

Yayın əvvəlində çox itkilərimiz oldu. Buradan ayrılan futbolçuların heç biri klubsuz qalmayıb.

Hamısı daha yaxşı şərtlərlə müqavilə bağlayıb. Onların yerini birdən-birə doldurmaq çətindir.

Əminəm ki, yeni gələn legionerlər tezliklə özlərini yaxşı tərəfdən göstərəcəklər».

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"