Şenol Günəş: “Bakıda 50 mindən çox azarkeşin dəstəyi bizi pley-offa çıxaracaq”

1 Yanvar 2020 19:15 AÇ-2020 729
Şenol Günəş: “Bakıda 50 mindən çox azarkeşin dəstəyi bizi pley-offa çıxaracaq”

“Bakıda Olimpiya stadionunda keçiriləcək Avro-2020-nin oyunlarının artıq xəyalını qurmağa başlamışam".

Sportinfo.az xəbər verir ki, bu sözləri futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş İdman TV-də yayımlanan “Ay-ulduzlu liqa” verilişində qonaq olarkən deyib.

O, bildirib ki, tribunalarda Türkiyə və Azərbaycan bayraqlarını, 50 mindən çox azarkeşin dəstəyini düşündükdə, Türkiyə komandasının Bakıdan maksimum xalla ayrılaraq yoluna davam edəcəyini fikirləşir:

"Əksini isə düşünmək belə istəmirəm. UEFA bizə ev sahibliyi vermədi. Amma biz özləri də istəmədən Avropa çempionatında ev sahibi kimi oynayacağıq. Çünki Bakı bizə öz evimiz kimidir".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!