Bakıda Beylə bunu etməyə icazə verilməyəcək

3 Dekabr 2019 09:37 AÇ-2020 876
Bakıda Beylə bunu etməyə icazə verilməyəcək

Uels Futbol Federasiyası millinin futbolçularına AVRO-2020 zamanı qolf oynamağa qadağa qoyacaq. Sportinfo.az xəbər verir ki, bu barədə qurumun nümayəndəsi Conatan Ford bildirib:

“Bəzi futbolçularımızın qolfa olan sevgisini normal qarşılayıram. Ancaq diqqətli olmalıyıq. Qolf oynamaqlarına icazə verməklə oyunçuların sağlamlıqlarını riskə ata bilmərik".

O, komandanın baş məşqçisi Rayan Giqqzin də bu qadağanı dəstəklədiyini söyləyib: "Giqqz turnir ərzində bütün fikrimizin yalnız futbolda olmasını istəyir. Bununla bağlı fikri qətidir".

Beyl başda olmaqla, bəzi uelsli futbolçuların qolf oynamağa böyük marağı var. Beyl hətta AÇ-2020-yə vəsiqəni təmin etdikləri oyundan sonra üzərində “Uels. Qolf. Madrid. Bu sıra ilə” sözləri yazılmış bayraq açmış və “Real” azarkeşləri tərəfindən böyük təzyiqlə üzləşmişdi.

Uels yığması AÇ-2020-də Türkiyə, İtaliya və İsveçrə ilə bir qrupda mübarizə aparacaq. Bu qrupda İtaliyanın iştirakıyla baş tutacaq oyunlar istisna olmaqla, digər görüşlər Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"