"Xəzər Lənkəran"ın tanınmış yetirməsindən gözəl qol - VİDEO

15 Fevral 09:40 I Divizion 2 630
"Xəzər Lənkəran"ın tanınmış yetirməsindən gözəl qol - VİDEO

Azərbaycan I Liqasında XIV tura start verilib.

2024-cü ilin ilk rəsmi matçında «İrəvan»a səfərdə 2:1 hesabıyla qalib gəlmiş "İmişli" bu dəfə doğma rayonda "Difai Ağsu"nu qəbul edib.

Qarşılaşma ev sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb.

Bir neçə yüz tamaşaçının canlı izlədiyi görüş elə də baxımlı keçməyib. Sırf qazon amilinə görə.

Belə ki, yağışdan çıxmış meydança komandaların normal və sürətli oyun sərgiləməsinə mane olub. Tərəflər təhlükəli qol epizodları yaratmaqda çətinlik çəkib.

İlk belə azsaylı imkanı qonaqlar əldə edib. Nigeriyalı hücumçu Kristian Kamta yaxın məsafədən topu qapıçının üstünə vurub. Aran təmsilçisi isə Xaqani Sadıxovla fürsəti boşa verib.

Yeganə qolu 79-cu dəqiqədə Elnur Cəfərov vurub. Qış fasiləsində «Kəpəz»dən icarəyə götürülən «Xəzər Lənkəran»ın yetirməsi cərimə zərbəsini dəqiqliklə yerinə yetirib.

Deməliyik ki, baş hakim Kamran Əliyev mübahisəyə açıq bir neçə qərarla yadda qalıb. «Qarabağ»ın sabiq müdafiəçisi Səttar Əliyevin oğlu «Difai»yə antipatiya bəslədiyini matçından əvvəlindən bəri nümayiş etdirib.

Xallarını 26-ya yüksəldən "İmişli" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 7 xalı olan "Difai Ağsu" isə 9-cu yerdədir.

SPORTİNFO.AZ

H.Əliyev adına İmişli şəhər stadionu. 350 tamaşaçı
Baş hakim: Kamran Əliyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Vüsal Məmmədov
Dördüncü hakim: Namiq Bəkirov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: İbrahim Əliyev, 17 (qeyri-idman hərəkəti); Nihad Tamazov, 21 (qeyri-idman hərəkəti); Elnur Cəfərov, 57 (qeyri-idman hərəkəti) // Əbil Əbilov, 26 (qeyri-idman hərəkəti)
Qol: Elnur Cəfərov, 79
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

“İmişli”

13. Mehman Hacıyev
3. Nodar Məmmədov
25. Elşən Abdullayev
(6. Nəbi Məmmədov, 90+2)
5. Nihad Tamazov
7. İbrahim Əliyev
(42. Elnur Cəfərov, 46)
8. Tolqar Yaqubov (k)
86. Xəqani Sadıxov
(27. Ruslan Hacıyev, 57)
9. Xəzər Mahmudov
(91. Hiqor Borges, 76)
23. Gilyerme Silva
44. Həzrət İsayev
30. Ezekiel Morqan

Ehtiyat oyunçular:

1. Mövlan Kərimov
29. Ayhan Arazlı
11. Maqsud Ələkbərov
14. Xəyyam Hüseynov
32. Rəhim Cəfərli
Baş məşqçi: Əsgər Abdullayev

“Difai Ağsu”

12. Əlirza Müştəbazadə
3. Kamil Hüseynov (k)
90. İlham Allahverdiyev
(10. Tahir Zeynalov, 64)
99. Məqsum Qənbərli
(28. Rəhman Quliyev, 82)
19. Rəsul İbrahimov
(8. Ramin Süleymanov, 59)
6. Əzəmət Ələkbərli
2. Seymur Rəhimov
9. Bayraməli Qurbanov
5. Əbil Əbilov
21. Benjamin Ebuka
32. Kristian Kamta

Ehtiyat oyunçular:

22. Maksimilian Şilder
17. Tural Lətifov
4. Fariz Nəcəfov
14. Samir Əliyev
16. Emil Quluzadə
Baş məşqçi: Elgiz Kərəmli

Digər Xəbərlər
Xəbər Lenti