Slovakiyanın çalışdırıcısı: "Müdafiəmizə iş düşmədi"

20 Noyabr 2019 02:28 AÇ-2020 692
Slovakiyanın çalışdırıcısı: "Müdafiəmizə iş düşmədi"

Slovakiyanın baş məşqçisi Pavel Hapal AÇ-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyundan sonra mətbuat konfransında iştirak edib. Sportinfo.az xəbər verir ki, o, millimiz üzərindəki 2:0 hesablı qələbəni şərh edib:

"Yaxşı oyun keçirdik. Azərbaycanın müdafiədə oynayacağını gözləyirdik. İlk qolu erkən vurduğumuza görə sevindik. İkinci yarını zəif keçirdik. Çünki Kardifdə Uelsin Macarıstana 2:0 hesabı ilə qalib gəldiyini bilirdik.

İstənilən halda bizim üçün yaxşı oyun oldu, tsikli yaxşı başa vura bildik. Azərbaycanla oyunda müdafiəmizə iş düşmədi. İlk yarıda rəqibin ümumiyyətlə, imkanı olmadı. İkinci yarıda isə iki epizodları oldu. Amma qapıçımız etibarlı oynadı",

Digər Xəbərlər
Xəbər Lenti