“Bakıda ”Qarabağ”ı 3:0 udmalıyıq” - “Braqa”nın baş məşqçisi

17 Fevral 08:30 Avropa Liqası 1 764
“Bakıda ”Qarabağ”ı 3:0 udmalıyıq” - “Braqa”nın baş məşqçisi

“Növbəti həftə bizi cavab qarşılaşmasının gözlədiyini bilirik.

Bu, istədiyimiz nəticə deyil, bizim üçün çox ağır məğlubiyyətdir.

Səfərdə 3:0 hesablı qələbə lazımdır. Çox çətindir. Üzərimizə böyük məsuliyyət düşür”.

Sportinfo.az xəbər verir ki, bunu “Braqa”nın baş məşqçisi Artur Jorje Avropa Liqasının pley-off mərhələsində meydanda “Qarabağ”a 2:4 hesabı ilə uduzduqları oyun haqda deyib.

“İzahı çox çətin olan bir məğlubiyyət aldıq. Düşünürəm ki, bu anda ruhdan düşmək olmaz.

Yenidən toparlanmalıyıq. Qarşıda hələ cavab matçı var”, - Portuqaliya təmsilçisinin baş məşqçisi deyib.

Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti