Avropa Liqasının III təsnifat mərhələsində keçirilən "Ayaks" - "Panatinaikos" cavab oyunu Amsterdam klubunun dramatik qələbəsi ilə yekunlaşıb.
Sportinfo.az xəbər verir ki, Afinada keçirilən ilk oyun "Ayaks”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb,
Amsterdamda isə Yunanıstan klubu analoji hesabla qalib gəlib. Yeganə qolu matçın 89-cu dəqiqəsində braziliyalı Tete vurub.
İki oyunluq qarşıdurmanın qalibi komandaların hərəyə 17 zərbə vurduğu penaltilər seriyasında müəyyənləşib və nəticədə "Ayaks” 13:12 hesabı ilə qalib gəlib.
Bu penaltilər seriyası Avropa kubokları tarixində ən uzun penaltilər seriyası kimi tarixə düşüb.
Pley-off mərhələsində "Ayaks” Polşadan "Yagelloniya” ilə qarşılaşacaq.
"Panatinaikos"un Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Fransanın "Lans" klubu olacaq.