"Fənərbağça" və "Sürix" Avroliqanın pley-off mərhələsində - NƏTİCƏLƏR

12 Avqust 2022 01:40 Avropa Liqası 1 415
"Fənərbağça" və "Sürix" Avroliqanın pley-off mərhələsində - NƏTİCƏLƏR

Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

ikinci oyun günündə daha 6 cavab görüşü keçirilib..

"Fənərbağça" Çexiyada "Slovaçko"nun qonağı olub. "Sarı-lacivərdlilər" İstanbuldakı ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub etmişdi. Səfərdə 1:1 hesablı heç-heçə qeydə alındığından, Türkiyə təmsilçisi pley-offa yüksəlib.

"Fənərbağça" ilə yanaşı, Finlandiyanın HİK (Helsinki), İsveçrənin "Sürix", İsveçin "Malmö", Kiprin AEK (Larnaka) və Yunanıstanın "Olimpiakos" klubları mərhələ adlayıblar.

dAha əvvəl İrlandiyanın "Şemrok Rovers" klubu Şimali Makedoniyada "Şkupi"yə 2:1 hesabı ilə qalib gələrək, adını pley-offa yazdırıb. Qonaqlar ilk matçda da qələbə qazanmışdı - 3:1.

11 avqust

20:00. HİK (Helsinki, Finlandiya) - "Maribor" (Sloveniya) - 1:0

Qollar: Santeri Hostikka, 54

İlk oyun - 2:0

21:00. "Slovaçko" (Çexiya) - "Fənərbağça" (Türkiyə) - 1:1

Qollar: Ondrjey Şaşinka, 58 - Serdar Dursun, 56

İlk oyun - 0:3

21:00. "Sürix" (İsveçrə) - "Linfild" (Şimali İrlandiya) - 3:0

Qollar: Donis Avdiyay, 11; 26. İvan Santini, 84

İlk oyun - 2:0

22:00. "Düdelanj" (Lüksemburq) - "Malmö" (İsveç) - 2:2

Qollar: Samir Haci, 56. Danel Sinani, 61 - Məhəmməd Buya Turay, 50. Ula Toyvonen, 52

İlk oyun - 0:3

22:30. "Slovan" (Bratislava, Slovakiya) - "Olimpiakos" (Yunanıstan) - 2:2 (ƏLAVƏ VAXTDA - 1:1, PENALTİLƏRLƏ - 3:4)

Qollar: İvan Şaponiç, 90+4. Andre Qrin, 108 - Filip Sinkernagel, 54. Məhəmməd Kamara, 101

Qırmızı vərəqə: Mienti Abena, 90+7 ("Slovan")

İlk oyun - 1:1

23:00. "Partizan" (Serbiya) - AEK (Larnaka, Kipr) - 2:2

Qol: Rikardu Qomeş, 24; 54 - Rafael Lopeş, 52. İmad Farac, 57

İlk oyun - 1:2

Digər Xəbərlər
Xəbər Lenti