"Fənərbağça"dan evdə, Sürixdən səfərdə qələbə – Avroliqada NƏTİCƏLƏR

5 Avqust 2022 01:00 Avropa Liqası 1 238
"Fənərbağça"dan evdə, Sürixdən səfərdə qələbə – Avroliqada NƏTİCƏLƏR

Avropa Liqasında 2022/2023 mövsümünə start verilib.

Sportinfo.az xəbər verir ki, turnir III təsnifat mərhələsininin ilk oyunları ilə başlayıb. Bu raundda 14 komandanın iştirakı ilə 7 görüş baş tutub.

Gecənin maraqla gözlənilən matçlarından biri Türkiyədə gerçəkləşib. "Fənərbağça" evdə "Slovaçko"nu darmadağın edib - 3:0.

Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində mübarizə aparan Azərbaycan təmsilçisi "Qarabağ"ın Avropa Liqasının pley-offundakı potensial rəqibləri olan İrlandiyanın "Şemrok Rovers" və Şimali Makedoniyanın "Şkupi" klubları Dublində üz-üzə gəliblər.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Köhlən atlar" ÇL-də Macarıstan "Ferentsvaroş"unu keçə bilməsə, bu cütün qalibi ilə qarşılaşacaq.

Ağdam təmsilçisi Bakıdakı ilk matçda Budapeşt klubu ilə heç-heçəyə razılaşıb - 1:1.

4 avqust

20:00. AEK (Larnaka, Kipr) - "Partizan" (Serbiya) - 2:1

Qollar: Anhel Qarsiya, 34. Xrvoe Miliçeviç, 70 - Kvensi Meniq, 18

21:00. "Malmö" (İsveç) - "Düdelanj" (Lüksemburq) - 3:0

Qollar: İsaak Telin, 51. Ula Toyvonen, 81. Belko Birmançeviç, 85

Qırmızı vərəqə: Şarl Morren, 31 ("Düdelanj")

21:00. "Fənərbağça" (Türkiyə) - "Slovaçko" (Çexiya) - 3:0

Qollar: Emre Mor, 17. Linkoln Enrike, 45+2; 81

Qırmızı vərəqə: Stanislav Hofman, 48 ("Slovaçko")

22:15. "Maribor" (Sloveniya) - HİK (Helsinki, Finlandiya) - 0:2

Qollar: Devid Braun, 47. Boyan Raduloviç, 64

22:45. "Linfild" (Şimali İrlandiya) - "Sürix" (İsveçrə) - 0:2

Qollar: Tosin Ayequn, 8. Vilfred Qnonto, 64

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) - 3:1

Qollar: Qrehem Burk, 13 (penalti). Dilan Uotts, 29. Qari Onill, 90+7 - Keven, 77

Qırmızı vərəqə: Valid Həmidi, 84 ("Şkupi")

23:00. "Olimpiakos" (Yunanıstan) - "Slovan" (Bratislava, Slovakiya) - 1:1

Qollar: Yusuf El-Arabi, 87 - Andre Qrin, 63

Bu mərhələnin cavab görüşləri avqustun 11-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!