"Qalatasaray" qazandı, "Legiya" uduzdu – AVROLİQANIN NƏTİCƏLƏRİ

22 Oktyabr 2021 01:10 Avropa Liqası 1 079
"Qalatasaray" qazandı, "Legiya" uduzdu – AVROLİQANIN NƏTİCƏLƏRİ

Avropa Liqasının qrup mərhələsində III tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, C qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" İtaliyada "Napoli"yə 0:3 hesabı ilə uduzub.

Matça ehtiyatda başlayan 24 yaşlı forvard 71-ci dəqiqədə Ernest Muçinin əvəzinə meydana daxil olub. Qonaqlar məğlubiyyətə baxmayaraq, ilk pillədəki mövqeyini qoruyub.

Türkiyənin turnirdəki digər təmsilçisi "Qalatasaray" isə E qrupunda Rusiyada Moskva "Lokomotiv"i ilə üz-üzə gəlib. Qarşılaşma İstanbul klubunun minimal hesablı qələbəsi ilə başa çatıb.

Yeganə qolu 82-ci dəqiqədə Kerem Aktürkoğlu vurub. Bununla da xallarını 7-yə çatdıran "sarı-qırmızılılar" ilk pillədə qalıb. Meydan sahibləri isə 1 xalla sonuncudur.

A qrupu

23:00. "Reyncers" (Şotlandiya) - "Bröndbü" (Danimarka) - 2:0

23:00. "Sparta" (Praqa, Çexiya) - "Lion" (Fransa) - 3:4

Xal durumu: "Lion" - 9, "Sparta" - 4, "Reyncers" - 3, "Bröndbü" - 1.

B qrupu

23:00. PSV (Eyndhoven, Niderland) - "Monako" (Fransa) - 1:2

23:00. "Şturm" (Qrats, Avstriya) - "Real Sosyedad" (İspaniya) - 0:1

Xal durumu: "Monako" - 7, "Real Sosyedad" - 5, PSV - 4, "Şturm" - 0.

C qrupu

23:00. "Napoli" (İtaliya) - "Legiya" (Polşa) - 3:0

Xal durumu: "Legiya" - 6, "Napoli" - 4, "Lester" - 4, "Spartak" - 3.

D qrupu

20:45. "Fənərbağça" (Türkiyə) - "Antverpen" (Belçika) - 2:2

23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Olimpiakos" (Yunanıstan) - 3:1

Xal durumu: "Ayntraxt" - 7, "Olimpiakos" - 6, "Fənərbağça" - 2 (3 oyuna), "Antverpen" - 1 (3)

E qrupu

20:45. "Latsio" (İtaliya) - "Marsel" (Fransa) - 0:0

23:00. "Lokomotiv" (Moskva, Rusiya) - "Qalatasaray" (Türkiyə) - 0:1

Xal durumu: "Qalatasaray" - 7, "Latsio" - 4, "Marsel" - 3, "Lokomotiv" - 1.

F qrupu

20:45. "Midtüllan" (Danimarka - "Srvena Zvezda" (Belqrad, Serbiya) - 1:1

20:45. "Lüdoqorets" (Razqrad, Bolqarıstan) - "Braqa" (Portuqaliya) - 0:1

Xal durumu: "Srvena Zvezda" - 7, "Braqa" - 6, "Midtüllan" - 2, "Lüdoqorets" - 1.

G qrupu

20:45. "Betis" (İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:1

Xal durumu: "Bayer" - 7, "Betis" - 7, "Seltik" - 3 "Ferentsvaroş" - 0

H qrupu

20:45. "Rapid" (Vyana, Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:1

23:00. "Vest Hem" (İngiltərə) - "Genk" (Belçika) - 3:0

Xal durumu: "Vest Hem" - 9, "Dinamo" - 3, "Rapid" - 3, "Genk" - 3.

Digər Xəbərlər
Xəbər Lenti