Qeyri-peşəkar hərəkət etdilər, komandadan göndərildilər

26 Dekabr 2024 19:40 Araz-Naxçıvan 2 519
Qeyri-peşəkar hərəkət etdilər, komandadan göndərildilər

«Araz Naxçıvan»ın baş məşqçisi Elmar BAXŞIYEV 2 futbolçudan üz çevirib.

Premyer Liqanın uğurlu iştirakçısının çalışdırıcısı Bayraməli Qurbanovla Vüsal Şabanovu düşərgədə saxlamağa lüzum görməyib.

Mütəxəssis komandanın qapılarını onların üzünə bağlayıb.

Səbəb adlarını çəkdiyimiz yarımmüdafiəçi və qapıçının özlərini qeyri-peşəkar aparmasıdır.

Muxtar Respublika təmsilçisi bu cütlüyü icarəyə verməyə hazırdır. Real müştəri ortaya çıxmasa, mövsümün qalan hissəsini əvəzedici heyətdə keçirməli olacaqlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq