Qubadlıda qazıntı zamanı mərmilər aşkarlandı - Yazı düzü ərazisində

22 Aprel 2024 08:10 Araşdırma 1 079
Qubadlıda qazıntı zamanı mərmilər aşkarlandı - Yazı düzü ərazisində

Qubadlıda top mərmiləri aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinə rayonun Yazı düzü ərazisində qazıntı işləri aparılan zaman mərmilərin aşkar edilməsi ilə bağlı məlumat daxil olub.

Həmin əraziyə baxış keçirilən zaman müxtəlif kalibrli 6 ədəd top mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 İyun 18:10 Çək və bizə göndər!