“Neftçi”ni udmağın mükafatı neçə manat oldu?

19:40 Araşdırma 227
“Neftçi”ni udmağın mükafatı neçə manat oldu?

Debütant “İmişli”nin avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “İmişli”yə məğlubiyyəti 12-ci tura damğa vurdu.

Əzmkarlıq hesabına 3 xal istəyinə çatan aran təmsilçisi turnir cədvəlinin 7-ci pilləsinə yüksəldi.

Ölkənin köklü klubu üzərində qalibiyyət “İmişli”nin futbolçularına əvvəldən söz verildiyi mükafatı qazandırıb.

Həmin məbləğ isə 1000 manatdır.

Əsas heyətdə meydana ayaq basanlar bu qədər, sonradan oyuna qoşulanlar 750, sona qədər ehtiyatda qalanlar isə 500 manat qabağa düşüb.

Portuqaliyalı Jorj Kaşkilyanın çalışdırdığı kollektiv 12 turdan sonra topladığı 15 xalla 7-ci sırada qərarlaşıb ki, “İmişli”ni 5-6-cı pillələrdəki “Sumqayıt”la “Araz-Naxçıvan”dan 5 xal ayırır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti