
Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” növbəti oyuna hazırlaşır.
“Köhlən atlar” Liqa mərhələsinin II turunda “Kopenhagen”i qəbul edəcək.
8 ildən sonra Bakıya gələcək Danimarka çempionunun səfər planı məlum olub.
Klub rəhbərliyi “şirlər”in ölkəmizdən uğurlu nəticə ilə qayıtması üçün nümayəndə heyətinə rahatlıq yaradıb.
Belə ki, “Kopenhagen” paytaxtımıza oyundan bir yox, iki gün əvvəl təşrif buyuracaq. Sentyabrın 29-da çarter reysli təyyarə ilə havaya qalxacaq qonaqlar həmin gün saat 18:15-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək.
Danimarkalılar “Hyatt Regency” otelində məskunlaşacaq.
Ertəsi axşam saatlarında qonaq komandanın matçöncəsi son məşqi baş tutacaq, baş məşqçi Yakob Neestrup mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.
“Kopenhagen” Bakını oyundan dərhal sonra yox, oktyabrın 2-si günorta 12 radələrində tərk edəcək.
Oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün start fiti saat 20:45-də çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ