"Neftçi"nin əleyhinə səhvə yol veriblər, etiraf sədrdən gəldi - VİDEO

18:00 Araşdırma 126
"Neftçi"nin əleyhinə səhvə yol veriblər, etiraf sədrdən gəldi - VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 1-ci turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, "Sabah" - "Kəpəz", "Sumqayıt" - "Neftçi" və "Zirə" - "Şəfai" və "Qarabağ" - "Şamaxı" matçları olmaqla ümumilikdə 4 qarşılaşmada qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb.

R.Həsənov FİFA referisi Kamal Umudlunun "Sumqayıt" - "Neftçi" matçında bir epizodda səhvə yol verdiyini qeyd edib.

Komitə sədrinin fikrincə, referi "Sumqayıt"ın futbolçusu Nihad Əhmədzadəyə sarı yox, qırmızı vərəqə göstərməli və onu meydandan kənarlaşdırmalı idi.

Rəhim Həsənovun epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti