«Tvente» necə vəziyyətdədir?
Burada maraqlı ziddiyyət var.
Bir tərəfdən, «Tvente»nin heyəti kifayət qədər güclüdür.
Yayda 52 dəfə Niderland millisində oynamış Vaut Veqorst iki illik müqavilə ilə kluba qoşulub. Ramiz Zerruki də komandaya tamhüquqlu transferlə qayıdıb.
Digər tərəfdən, Con van den Bromun komandası hələ tam oturuşmuş kollektiv təsiri bağışlamır.
Avropa Liqasında «Ferensvaroş»a qarşı ilk oyunu 1:2 uduzdular, Budapeştdə 2:2 etdilər və Konfrans Liqasına düşdülər.
Daha sonra DAK-ı Enşededə 6:0 darmadağın etdilər, amma Niderland çempionatına «Herenveen»ə 0:1 məğlubiyyətlə başladılar və dünən Slovakiyada DAK ilə 3:3 oynadılar.
«Herenveen»lə matç xüsusilə maraqlıdır.
«Tvente» həmin oyunda “1.4 xG” yaratdığı halda, rəqibin göstəricisi cəmi 0.4 idi, amma yenə də 0:1 uduzdu.
Baş məşqçi Van den Brom matçdan sonra komandasının topa sahib olmasına baxmayaraq, bundan istifadə etmədiyini, hücumlarda lazım olan müdafiəyə və hücuma keçid hərəkətlərini görmədiyini və komandanın ilk saat ərzində çox passiv oynadığını bildirdi.
DAK ilə 3:3-dən sonra isə özü taktiki olaraq daha maraqlı bir detal açıqladı.
Van den Brom «Tvente»nin istədiyi modeli belə təsvir etdi: mərkəzdə dördbucaq yaratmaq, cinah oyunçularını geniş saxlamaq, rəqib meydanında oynamaq və tempi yüksək tutmaq.
Onun fikrincə komanda ilk 35 dəqiqədə bunu yerinə yetirdi, ikinci hissədə isə struktur və intizam tamamilə aşağı düşdü.
Bu, «Qarabağ» üçün çox vacib məlumatdır.
SPORİTNFO.AZ
