
AFFA İntizam Komitəsi "İmişli"yə texniki məğlubiyuyət (0:3) verib.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Buna səbəb Premyer Liqada 4-cü turunda "İmişli" – "Sumqayıt" oyununun 67-ci dəqiqəsində İmişli komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyevin oyuna daxil olması olub.
Klub 0:3 hesablı texniki məğlubiyyətlə yanaşı, 5 min manat cərimələnib.
Texniki məğlubiyyətə görə 3 xalı silinən "İmişli" turnir cədvəlində 4-cü pillədən 8-ci yerə enib.
Bu görüşün 90+4-cü dəqiqəsində “İmişli”nin heyətində 94 nömrəli futbolçu Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılıb, klubu 3 min manat cərimə edilib.
Sözügedən oyunda "İmişli" 1:0 hesabı ilə qalib gəlmişdi.