Bu dəfə Azərbaycan Kubokunda 39 komanda mübarizə aparacaq

1 Sentyabr 04:40 Boks 502
Bu dəfə Azərbaycan Kubokunda 39 komanda mübarizə aparacaq

Kadet boksçular (U-15) arasında Azərbaycan Kuboku keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Sentyabrın 1-də start götürəcək yarışda zona birinciliklərinin final mərhələsində fərqlənən idmançılar güclərini sınayacaqlar.

U-15 Azərbaycan Kubokuna 39 komandadan 97 boksçu qatılacaq. 17 çəki dərəcəsində 4 gün davam edəcək yarışın qalibləri Avropa çempionatında ölkəni təmsil edəcəklər.

U-15 Avropa çempionatı oktyabrda Trabzonda təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti