“Aston Villa”nın baş məşqçisi Unay Emeri klubun “Çelsi” ilə yaxşı münasibətlərinin olması barədə fikirləri təkzib edib.
London klubu bu yay “Aston Villa”dan yarımmüdafiəçi Morqan Rocers və qapıçı Emiliano Martinesi transfer edib.
Bundan başqa, məşqçi Ostin Makfi də yayda Birmingem təmsilçisindən “Çelsi”yə keçib.
Sportinfo.az “The Guardian”-a istinadən xəbər verir ki, Emeri iki klub arasındakı münasibətlər barədə danışarkən sərt fikirlər səsləndirib:
“Yaxşı münasibətlər? Bizim münasibətlərimiz yalnız sözləşmələrdən – puldan və futbolçu transferlərindən ibarətdir.
Onlar bizi məhv etmək istəyirlər. Biz də onları məhv etmək istəyirik… Bu, yaxşı münasibət deyil.
Əlbəttə, bizim yaxşı futbolçularımız var və biz də onlardan oyunçular transfer edə bilərik. Amma bu münasibətlərə yaxşı demək olmaz.
Bunlar pul və futbolçu naminə həyata keçirilən anlaşmalardır. Onlar bizi öldürmək istəyirlər.
Onlar Morqanı, Emiliano Martinesi transfer edirlər ki, bizi məhv etsinlər… Mən Emiliano Martines və Morqan Rocers üçün sevinirəm. Təbii ki, “Çelsi” üçün sevinmirəm”.
