Mahir Emreli baş məşqçisiz qaldı - Altı məğlubiyyətə görə

1 Sentyabr 02:20 Hadisə 171
Mahir Emreli baş məşqçisiz qaldı - Altı məğlubiyyətə görə

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” baş məşqçi Davit Kroçeklə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Polşa klubu məlumat yayıb.

May ayından klubu çalışdırmağa başlayan 37 yaşlı mütəxəssis vəzifəsindən istefa verib.

Kroçekin dövründə “Rakuv” 14 oyuna çıxıb. Komanda bu görüşlərin 6-da qələbə qazanıb, 2 heç-heçə edib və 6 dəfə məğlub olub.

Komanda onun rəhbərliyi altında Konfrans Liqasının 4-cü təsnifat mərhələsinə qədər irəliləyib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM