“Neftçi” transfer hüququnu aldı, baş məşqçi narazı qaldı, XƏBƏRDARLIQ ETDİ!

09:40 Neftçi 281
“Neftçi” transfer hüququnu aldı, baş məşqçi narazı qaldı, XƏBƏRDARLIQ ETDİ!

«Neftçi»nin 1 ay öncə transfer hüququna yiyələndiyi Freddi Varqas təcili arıqlamalıdır. Bu, Yuri Vernidubun ondan tələbidir.
Venesuellalı yarımmüdafiəçinin Premyer Liqanın ilk həftələrində istənilən performansı sərgiləməməsi və oyunların gedişində əvəzlənməsi sırf bununla əlaqədardır. Baş məşqçi cənubi amerikalıya artıq çəkisini irad tutub və bildirib ki, təcili formaya düşməlidir. Əks halda, o, qarşıdakı turlarda start heyətində yer almayacaq. Ukraynalı çalışdırıcı Varqasa xəbərdarlıq edərək, bir neçə gün ərzində ideal çəkiyə qayıtmalı olduğunu söyləyib. Tapışırığı yerinə yetirməsə, orta sahə oyunçusunu böyük miqdarda cərimə gözləyir.
Səbəbkar isə üzləşdiyi problemin yalnız özündən qaynaqlanmadığınını diqqətə çatdırıb. İyunda buradan ayrılandan sonra bir müddət məşq edə bilmədiyini, «Makkabi» ilə danışıqların getdiyi ərəfədə isə qeyri-müəyyənliyin normal hazırlıq keçməsinə maneə yaratdığını deyib. Venesuella yığmasının sabiq üzvü keçənmövsümkü formasına dönməyi çox arzuladığını qeyd edib, ona möhlət və şans verilməsini istəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!