Millinin yeni baş məşqçisi “Qarabağ”a görə qonşu ölkəyə yollandı

08:20 Hadisə 133
Millinin yeni baş məşqçisi “Qarabağ”a görə qonşu ölkəyə yollandı

U-19 yığmasına yeni baş məşqçi təyin edilmiş Elgiz Kərəmli Gürcüstanda olub.

Sportinfo.az xəbər verir ki, bununla bağlı gənc mütəxəssis özü sosial şəbəkə hesabında paylaşım edib.

Kərəmli “Qarabağ”ın 19 yaşlılardan ibarət heyətinin “Dinamo”dan (Tbilisi) olan həmyaşıdlarına qarşı hər iki yoxlama matçını izləyib.

O, milliyə namizəd ola biləcək futbolçuları yaxından izləmək istəyib. Bununla yanaşı isə o, “Qarabağ”ın U-15 komandasının “Dinamo”ya qarşı görüşlərinə də baxıb.

Beş günlük Gürcüstan səfərindən sonra 34 yaşlı mütəxəssis vətənə geri qayıdıb. Qeyd edək ki, Elgiz Kərəmli ötən mövsüm I Liqada “Şəfa”nın baş məşqçisi kimi çempionluq yaşamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!