Küləklə bağlı XƏBƏRDARLIQ

24 Mart 2025 07:10 Araşdırma 565
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq olunub.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 24-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Qusar, Xaçmaz, Altıağac, Siyəzən, Şabran, Qobustan, Hacıqabul, Kəlbəcər, Laçın, Zəngilan və Daşkəsəndə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
11 Sentyabr 18:10 Çək və bizə göndər!