Vaxtından tez pensiyaya çıxmaq istəyənlərə VACİB XƏBƏR VAR!

11 Fevral 2024 08:30 Araşdırma 810
Vaxtından tez pensiyaya çıxmaq istəyənlərə  VACİB XƏBƏR VAR!

Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda dəyişiklik edib.

Sİiyahıya əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar qazpaylayıcı stansiyanın operatorları, texnoloji boru kəmərlərinin quraşdırıcıları daxil edilib.

Qərara əsasən, aidiyyəti qurumlarin təklifləri əsasında aktuallığını itirmiş və hazırda mövcud olmayan 13 peşə adı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısından çıxarılıb.

ƏƏSMN yanında İctimai Şuranın Sədri Elşad Məmmədov qeyd edib ki, Azərbaycanda erkən pensiya hüququnun əldə edilməsi ilə bağlı müvafiq qaydalara Nazirlər Kabineti tərəfindən edilən yeniliklərə iqtisadiyyatda gedən proseslərin yaratdığı zərurət kimi baxıla bilər.

Elşad Məmmədovun sözlərinə görə, bu dəyişikliklər pensiya hüququnun əlçatanlılığı baxımından önəmlidir.

Şura sədri əlavə edib ki, vaxtından əvvəl pensiyaya çıxmaq şəxslərin qərarından asılıdır. Yəni istəməyənlər bu hüquqdan istifadə etməyə bilərlər.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”