COP29

Hazırda Xankəndidə qalan ermənilər necə yaşayır?

28 Noyabr 2023 19:30 Araşdırma 1 158
Hazırda Xankəndidə qalan ermənilər necə yaşayır?

Qarabağda separatizmin ləğvindən sonra erməni əhalisi rəsmi İrəvanın təhriki ilə bölgəni tərk etdi. Lakin az sayda da olsa Xankəndidə hələ də erməni yaşayır. Onların təhlükəsiz yaşaması üçün bütün şərait yaradılıb.

Ermənilərin Xankəndidə qalması Ermənistanda narahatlıq yaradır. Çünki bu fakt “Azərbaycan etnik təmizləmə aparır” tezisini alt-üst edir.

Bu kontekstdə revanşist daşnaklara yaxınlığı ilə tanınan “Hraparak” nəşrinin iddiaları diqqət çəkir.

Nəşr iddia edir ki, videogörüntüləri yayılan və Azərbaycandan razılıq edən Mişik ləqəbli erməni döyülüb. Daha sonra o, Gorus xəstəxanasına göndərilib.

Gorus xəstəxanası isə bunu təkzib edib. Bildiriblər ki, onlara belə bir xəstə daxil olmayıb. Separatçıların keçmiş “məmurlarından” biri də nəşrə açıqlamasında Xankəndidə qalan ermənilərə işgəncə verildiyi iddialarının yalan olduğunu deyib.

“İşgəncə ilə bağlı xəbərlər həqiqətə uyğun deyil. Mişik adlanan şəxs Xankəndidədir. Mübahisə və dava olub, amma bu, azərbaycanlılar arasında yox, ermənilər arasında olub. O, spirtli içki qəbul eəndən sonra insanlarla dava edib”, - separatçıların keçmiş “məmuru” bildirib.

Ermənistanda tirajlanan iddialara rəğmən, hazırda Xankəndidə qalan ermənilər hər şeylə təmin olunur və onlar həyat şəraitlərindən razıdırlar (publika.az).

Asif

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"