Qaça bilməyən Vardanyanı hansı cəza gözləyir?

2 Oktyabr 2023 04:00 Araşdırma 610
Qaça bilməyən Vardanyanı hansı cəza gözləyir?

Xəbər verdiyimiz kimi, “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” Ruben Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

R.Vardanyana qarşı Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürülüb.

Çoxsaylı cinayət əməllərində təqsirləndirilən Vardanyanı hansı cəza gözləyir?

- 214.1 (terrorçuluğu maliyyələşdirmə)- bu maddənin sanksiyasında 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

- 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə)- bu maddə ilə ittiham edilən şəxs 12 ildən 20 ilə və ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

- 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) - maddənin sankiya həddi isə üç yüz manatdan 500 manata kimi cərimə və ya 2 ilə kimi azadlıqdan məhrum etməyə qədərdir.

Qeyd edək ki, ibtidai istintaqın sonunda təqsirləndirilən şəxsə yekun ittiham elan ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var