“2022-ci il ərzində idmançılardan 1456 test götürülüb”.
Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli məlumat verib.
O bildirib ki, bu testlərdən 770-i yarış müddətində, 686-sı isə yarışdankənar götürülüb: “İl ərzində 7 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul edilib.
Boksda 2, ağır atletikada 2, güləş, karate və kikboksinq idman növlərində 1 antidopinq qayda pozuntusu ilə bağlı sanksiya tətbiq edilib”.
Ş. Hüseynli əlavə edib ki, daha 9 idmançı haqqında araşdırmalar aparılır.

