Qarabağda 369 hektar ərazi minalardan təmizlənib

27 Dekabr 2022 15:30 Araşdırma 419
Qarabağda 369 hektar ərazi minalardan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan bildirilib ki, dekabrın 19-dan 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Laçın, Cəbrayıl və Zəngilanda 8 piyada əleyhinə mina, 2 tank əleyhinə mina və 233 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 369 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti