FİFA tapşırdı, isveçrəlilər AFFAdakı Qrupun fəaliyyətini yoxladı və…

23 Dekabr 2022 00:40 Araşdırma 439
FİFA tapşırdı, isveçrəlilər AFFAdakı Qrupun fəaliyyətini yoxladı və…

İsveçrənin SGS şirkəti AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti ilə bağlı 2022-ci ildə apardığı yoxlamanın nəticələrini açıqlayıb.

Sportinfo.az-;n milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, şirkət tərəfindən göndərilən məktubda AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu vurğulanıb.

Eyni zamanda, qeyd olunub ki, Lisenziyalaşdırma Qrupu 2023/2024 Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti