Yeni baş məşqçi axtarırıq - Millimizin rəqibi paylaşım etdi

19 Dekabr 2022 02:30 Araşdırma 891
Yeni baş məşqçi axtarırıq - Millimizin rəqibi paylaşım etdi

Avro-2024-ün seçmə mərhələdə Azərbaycan ilə eyni qrupda yer alan Belçika yığmasına baş məşqçi axtarılır.

Sportinfo.az xəbər verir ki, Belçika Futbol Federasiyası rəsmi saytında bununla bağlı elan paylaşıb.

Uyğun namizədlərin CV-lərinə baxıdıqdan sonra seçim ediləcək.

Belçika millisini Roberto Martines çalışdırırdı. İspaniyalı məşqçi DÇ-2022-dəki uğursuz nəticədən sonra postunu tərk edib.

Millimiz "qırmızı şeytanlar"la ilk oyunu 2023-cü il sentyabrın 9-da Bakıda, cavab görüşünü isə noyabrın 19-da Brüsseldə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM