80 yaşlı Niyaməddin Musayev: “Yüngül atletika ilə məşğul oluram”

3 Dekabr 2022 23:20 Araşdırma 452
80 yaşlı Niyaməddin Musayev: “Yüngül atletika ilə məşğul oluram”

Xalq artisti Niyaməddin Musayev Bakıda fəaliyyət göstərən idman zallarından birində yayılan fotosundan danışıb.

Sportinfo.az xəbər verir ki, Niyaməddin Musayev teleqraf.com-a açıqlamasında hər gün idmanla məşğul olduğunu deyib:

“Hər gün idmanla məşğul oluram, həyatda idmandan gözəl nə var? Ölkəmizin idman zallarında çox gözəl şərait yaradılıb, idman etmək sağlamlıqdır.

Bədəni tərbiyləndirir ki, aşıb-daşmasın, harınlamasın. Mən hər gün idman zalına gedirəm.

Yoqa, üzgüçülük, yüngül atletika ilə məşğul oluram. Əzələləri möhkəmləndirmək üçün alətlərdən istifadə edirəm. Müəyyən yoqa hərəkətləri ilə məşğul oluram”.

Niyaməddin Musayevin 82 yaşı var.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!