Bu gün axşam diqqətlər Tofiq Bəhramov adına Respublika stadionuna yönələcək.
Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” qrupdakı ikinci oyunda “Nant”ı qəbul edəcək.
Fransa təmsilçisi ölkəsində ev komandası kimi tanınır. Üstəlik, 21 ildir avrokuboklarda iştirak etmirdi.
Rəqibin ziyanına olan başlıca amillərdən biri də “Qarabağ” azarkeşlərinin Respublika stadionunda yaratdığı və yaradacağı möhtəşəm atmosferdir.
Bunu nəzərə alan “Nant” azarkeşləri komandalarını Bakıda tək qoymamaq üçün paytaxtımıza səfər edib.
Qonaq klubun rəsmiləri matçdan bir neçə gün əvvəl “Qarabağ”ı ölkəmizə 63 azarkeşin gələcəyinə dair xəbərlə məlumatlandırmışdı.
Lakin say bu qədər, daha artıq olacaq. Matç günü əldə etdiyimiz bilgiyə görə, 80-ə yaxın fransız fanat Respublika stadionunda onlar üçün ayrılmış 28-ci sektorda “Nant”ı dəstəkləyəcək.
Bu axşam Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Nant” oyunu saat 20:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

