“Qarabağ”lılar bu tanış şəxsdən özünü qorusun!

15 Sentyabr 2022 20:00 Araşdırma 1 343
“Qarabağ”lılar bu tanış şəxsdən özünü qorusun!

Avropa Liqasında qrup mərhələsinin II turunda “Qarabağ” və “Nant” arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.

Qqarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

38 yaşlı baş hakim Enea Yorqyiyə Denis Reca və Ridiger Çokay yan xətt, Yucin Caya dördüncü hakim qismində yardımçı olacaq.

İtaliyalı Luka Payretto VAR hakimi, Cakomo Paqanessi isə onun köməkçisi funksiyasını yerinə yetirəcək.

38 yaşlı Enea 25 yaşından Albaniyanın yüksək liqa oyunlarına təyinat alır. 2011-ci ildən isə FİFA referisini statusuna yiyələnərək bu müddətdə 34-ü klub, 36-sı milli komandalar səviyyəsində olmaqla 70 beynəlxalq oyunda iş başında olub.

Alban referinin Azərbaycan təmsilçiləri ilə yolu iki dəfə kəsişib: birində qələbə qazanmışıq, o birində məğlubiyyət qeydə alınıb.

2019-cu ilin yayında Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Arsenal” (Tula) – “Neftçi” matçını məhz bu hakim idarə edib.

“Ağ-qaralar” proqnozları alt-üst edərək Rusiyada Dario Federikonun vurduğu qollar qələbə qazananda, alban referi “Neftçi”nin 4 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.

2021-ci ilin yayında Avropa Konfrans Liqası çərçivəsində “Keşlə” (indiki “Şamaxı”) ilə “Soçi” arasında Rusiyada keçirilən görüşü də Yorqyi idarə edib. Təmsilçimiz bu dəfə darmadağına üzülüb – 0:3. “Keşlə”nin 3 futbolçusu sarı vərəqə ilə cəzalanıb.

Haqqında bəhs etdiyimiz referi ilə bağlı maraqlı fakt onun vərəqələrə hədsiz meyl göstərməsidir. İstər beynəlxalq, istərsə də Albaniya çempionatındakı oyunlarda həmkarları qırmızı vərəqə sayına görə ona “həsəd aparır”.

Təsəvvür edin, son 3 oyunda əlini 20 dəfə sarı, 4 dəfə qırmızı vərəqə üçün cibinə aparıb. Enea oyunda gərginlik artan vaxt dilini yox, cibindəki vərəqələri işə salmaqla fərqlənməyə çalışır.

Sentyabrın 15-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Nant” oyunu saat 20:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti