Elə fakt üzə çıxdı ki... “Qarabağ”dakılar bunu bilir?

15 Sentyabr 2022 19:20 Araşdırma 837
Elə fakt üzə çıxdı ki... “Qarabağ”dakılar bunu bilir?

“Nant” Fransada ev komandası kimi tanınır.

Səbəb Fransa kubokunun son qalibinin səfər matçlarında qələbə üzünə həsrət qalmasıdır.

“Sarılar” “Bojuar” stadionunda rəqibləri üçün kifayət qədər təhlükəli görünsə də, səfərdə azarkeşlərini sevindirməkdə acizdir.

Faktla danışmalı olsaq, “Nant” rəsmi görüşlərdəki səfər matçlarında sonuncu qələbəsini təxminən 6 ay bundan öncə, aprelin 3-də əldə edib. Həmin qarşılaşmada Antuan Kombuarenin yetirmələri “Klermon”u udub – 3:2.

“Qarabağ”ın rəqibi o vaxtdan bu yana Liqa 1-də 8 oyun keçirib ki, bunların 4-də heç-heçə edib, 4 dəfə məğlub olub.

Əslində səfərdəki oyunların sayı 8 yox, 10-dur. İş burasındadır ki, ötən mövsüm kubokun finalında “Nitsa” ilə görüş bu rəqibin meydanında yox, neytral stadionda – “Stad de Frans”da baş tutub.

PSJ ilə superkubok dueli isə İsraildə oynanılıb. Bu cür oyunlar hər iki tərəf üçün səfər matçı statusu daşıdığından, hesaba alınmır.

5 aydan çoxdur səfərdə qələbə üzünə həsrət qalan, cari mövsümdə Liqa-1-də 7 oyundan 6 xal toplayaraq 15-ci pillədə qərarlaşan, 21 ildir avrokuboklarda iştirak etməyən komandanın baş məşqçisi Antuan Kombuare mətbuat konfransında hər nə qədər iddialı açıqlamalar versə də, faktlar və reallıq “Qarabağ”ın qələbəyə daha yaxın olduğunu göstərir.

Sentyabrın 15-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nant” görüşü saat 20:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti