“Qarabağ"ın rəqibi Bakıya görün hansı vəziyyətdə gəlib!

14 Sentyabr 2022 22:20 Araşdırma 5 229
“Qarabağ"ın rəqibi Bakıya görün hansı vəziyyətdə gəlib!

Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” qrupdakı növbəti görüşünü “Nant”a qarşı keçirəcək.

Qrupun iki ən güclü komandasından biri hesab olunan Fransa təmsilçisinin (digəri “Frayburq”) Bakı səfərində nəyə nail olacağını zaman göstərəcək.

“Sarılar” ötən həftə “Olimpiakos”la doğma azarkeşləri önündəki oyunda hesabı açan tərəf olsa da, yunanlar hesaba tarazlıq gətirmişdi. “

Nant” son saniyələrdə vurulan qol hesabına qrupda ilk qələbəsini qazanmışdı.

Bu klub futbol ölkələrindən olan Fransanı təmsil edir. Ötən mövsüm Fransa kubokunu qazanıb.

Heyətində Marsel Desayi, Didye Deşamp, Klod Makalele, Kristian Karambö, Viorel Moldovan kimi məşhurlar çıxış edib.

Bəs, bu gün? Cari mövsümdə “Nant”ın vəziyyəti necədir? Azarkeşlər komandadan nə dərəcədə razıdır?

Bu dəqiqə klub rəhbərliyinin ən çox narahatlıq keçirdiyi məqam məhz azarkeşlərin üsyan etməsidir. Fanatlar sevimli komandalarının cari mövsümdəki nəticələrindən razı deyil.

“Nant” Avropa Liqasına çətin ev qələbəsi ilə start versə də, çempionatdakı vəziyyət və avrokuboklardakı növbəti həftələr xoş gələcək vəd etmir.

Tərəfdarlar klub rəhbərliyini heyəti gücləndirməməkdə, vacib futbolçulara getmək şansı verməkdə qınayır.

Ötən mövsümü Liqa 1-də 9-cu sırada başa vurmuş komandanın iyuldan bu yana keçirdiyi 9 rəsmi oyununa diqqət yetirək:

Superkubok

PSJ – Nant 4:0

Liqa 1

Anje – Nant 0:0

Nant – Lill 1:1

Marsel – Nant 2:1

Nant – Tuluza 3:1

Strasburq – Nant 1:1

Nant – PSJ 0:3

Loryen – Nant 3:2

Avropa Liqası

Nant – Olimpiakos 2:1

Çempionatda meydana çıxdığı 7 görüşdə cəmi 1 qələbə qazanıb, 3 oyunu heç-heçə başa vuran “sarılar” topladığı 6 xalla turnir cədvəlində 20 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Ümumiyyətlə, cari mövsümdə “Nant” keçirdiyi 9 qarşılaşmada aktivinə cəmi 2 qələbə yazdırmağı bacarıb. 3 qələbə, 4 məğlubiyyət isə azarkeşlərin ürəyincə deyil.

Bunu komandanın avrokuboklardakı çıxışı ilə əlaqələndirmək həvəsinə düşənlərin diqqətinə çatdıraq ki, “Nant” Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanıb.

Yəni “Qarabağ” kimi təsnifat mərhələsində iştirak etməklə sıx qrafikdə oynamayıb. Qrup mərhələsi isə onlar üçün sentyabrın 8-də başlayıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti