“Turan Tovuz”un uğurlu çıxışında hər nə qədər məşqçi və futbolçuların rolu varsa, rayonun futbol ictimaiyyəti də bir o qədər səbəbkardır.
Komandanın Premyer Liqaya dönüşü dəqiqləşəndən sonra Tovuzdan olan azarkeşlər, futbol mütəxəssisləri, jurnalistlər, hətta millər vəkilləri belə, komandaya diqqət və sevgisini göstərməkdədir.
Vaxtilə yaxşı və pis dönəmlərdə “Turan Tovuz”un yanında olmuş Vidadi Əhmədovla Yaşar Sultanov kimi funksionerlər bu gün də sadiqlik nümayiş etdirir, hər imkanda komandaya dəstək olur.
Belələrindən biri də millət vəkili Arzu Nağıyevdir. Futbol həvəskarı olan 59 yaşlı deputat indiyə qədər bir neçə dəfə “Turan Tovuz”lularla görüşüb, dəstək verib və hər cür kömək etməyə çalışacağını deyib.
5 bədii, 2 sənədli kitabın müəllifi olan Azərbaycan Yazıçılar Birliyinin üzvü sentyabrın 9-da “Turan Tovuz”la “Kəpəz” arasında baş tutan qərb derbisini stadionda canlı izləyib.
Doğma rayonunun komandasının qazandığı 2:0 hesablı qələbədən məmnun qalan millət vəkili şəxsi “feysbuk” səhifəsində oyunla bağlı paylaşım edib.
Mirzəyev qələbə hesabını təqdim edərək, “Turan Tovuz”ı təbrik edib və uğurlar arzulayıb.
Maraq üçün qeyd edək ki, Arzu Nağıyevin klubun İdarə Heyətində təmsil olunacağı gözlənilir.
HƏBİB / SPORTİNFO.AZ

