“Qarabağ” Frayburqda nə(lər) edib? – BUNA DİQQƏT YETİRİN!

10 Sentyabr 2022 23:40 Araşdırma 2 337
“Qarabağ” Frayburqda nə(lər) edib? – BUNA DİQQƏT YETİRİN!

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk matçında “Frayburq”a 1:2 hesabı ilə məğlub olsa da, təmsilçimiz oyunu ilə yenilgiyə layiq olmadığını göstərdi.

Rəqib qapıçının inamlı oyunu, belçikalı hakimin tərəftutan qərarları “köhlən atlar”ı azı 1 xaldan etdi.

İkinci hissədə parlaq oyun nümayiş etdirməklə Bundesliqanın liderini qapısına sıxılmağa məcbur edən Azərbaycan çempionu Almaniyada inanılmaz dərəcədə möhtəşəm göründü.

Qurban Qurbanovun yetirmələri rəqibi bütün komponentlərdə üstələməklə alqış qazandı.

Buyurun, bu da 90 dəqiqənin yekununda UEFA-nın saytında yerləşdirilən rəqəmlər:

45 topa sahibolma (faizlə) 55

14 qapı istiqamətinə zərbə 16

6 “çərçivə”yə zərbə 6

2 künc zərbəsi 4

0 oyundankənar vəziyyət 2

16 qayda pozuntusu 10

2 vərəqə (qırmızı) 3

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti