100 min manat axtaran “Kəpəz”ə görə neçə gəncəli pulundan keçib?

10 Sentyabr 2022 20:00 Araşdırma 2 894
100 min manat axtaran “Kəpəz”ə görə neçə gəncəli pulundan keçib?

Futbolun İnkişaf Fondu (FİF) “Kəpəz” Futbol Klubuna dəstək olmaq və cəmiyyətin hər bir fərdinin bu prosesdə yaxından iştirak etməsinə şərait yaratmaq üçün “Kəpəz 100k” layihəsini (www.kapaz100k.az) ərsəyə gətirib.

Sportinfo.az xəbər verir ki, layihə “Kəpəz” PFK üçün 100.000 AZN ianə toplamaq məqsədi daşıyır.

Veb platformada real futbol meydançası ölçülərinə uyğun olan 7140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib.

1 pikselin qiyməti 15 AZN təşkil edir. 1, 4, 9 və 16 saydan ibarət olan piksellərdən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.

Elan yerləşdirilən gündən gəncəli futbol azarkeşləri xüsusi fəallıq nümayiş etdirib. Belə ki, iki gün ərzində 264 piksel satılıb. Bu isə 3960 manat ümumi məbləğ deməkdir.

Kompaniyanın davam etdiyini nəzərə alsaq, yaxın 10 gün ərzində məbləğin 10000 manata çatacağını ehtimal etmək olar.

"Turan Tovuz" üçün də eyni kompaniya başladılıb. İyulun 28-də verilən elandan bu yana təxminən ayyarım keçib və cəmi 435 piksel satılıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti