Avroliqada həftənin futbolçusu adına namizədlər

9 Sentyabr 2022 12:00 Araşdırma 809
Avroliqada həftənin futbolçusu adına namizədlər

Avropa Liqasında həftənin futbolçusu adına bütün namizədlər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bunlar İtaliya "Latsio"sundan Matias Vesino, Macarıstan "Ferentsvaroş"undan Tokmak Nquen, İngiltərə "Arsenal"ından Markinyos və İspaniya "Betis"indən Villian Jozedir.

Uruqvaylı Vesino Niderland "Feyenoord"una 4:2 hesabı ilə qalib gəldikləri görüşdə meydanın mərkəzindən qol vurub.

Keniya əsilli norveçli Nquen Türkiyə "Trabzonspor"unu 3:2 hesabı ilə yendikləri qarşılaşmada 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Braziliyalı Markinyos "Sürix"i 2:1 hesabı ilə yendikləri görüşdə qol və məhsuldar ötürmə müəllifi olub.

Daha bir "sambaçı" Joze isə Finlandiyada HİK-ə 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada "dubl" edib.

Həftənin futbolçusu UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermə nəticəsində müəyyənləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti